“Lokomotiv” güləşçilərindən Almaniyada ordumuza dəstək

  Bölmə: Olimpiya Növləri | 4375 | 11:19 23-04-2016
“Lokomotiv” güləşçilərindən Almaniyada ordumuza dəstək

Almaniyanın Ludviqşafen şəhərində keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə idmançılarımız gözəl təşəbbüslə çıxış ediblər.

 

Olimpsport.az saytının məlumatına görə, “Lokomotiv” güləşçiləri yarışın keçirildiyi zalda ingilis dilində “Qarabağ Azərbaycanındır” sözləri yazılmış plakat açıblar. Bundan başqa, “Qarabağ Azərbaycanındır” sözləri yazılmış maykalar zala toplaşanlara paylanılıb.

Qeyd edək ki, bu aksiya “Lokomotiv” ISM-in sərbəst güləş yığmasının baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ramin Allahverdiyev tərəfindən həyata keçirilib. 


Digər xəbərlər