Leyla Əliyeva ilə Azər Əliyev açılışda - FOTOLAR

IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatı İctimai Birliyinin birgə həyata keçirdiyi “Street Workout” (küçə məşqi) layihəsi çərçivəsində qurulmuş ilk meydançanın rəsmi açılışı baş tutmuşdur.
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub.
Leyla Əliyeva və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev idman meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Sonra L.Əliyeva və mərasim iştirakçıları idman meydançasında yaradılan şəraitlə tanış olublar. Açılış mərasimində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, burada idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə bilmələri üçün hər cür şərait yaradılıb.
Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən ibarətdir.




-
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AFFA-da olub
....
-
"Qızıl top" mükafatının sahibi məlum olub
...
-
Türk Şurası Gənclər və Idman nazirlərinin 4-cü iclası öz işinə başlayıb
...
-
Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlı sərəncam imzalayıb
...
-
Musa Qurbanov-55!
...
-
Anar Əsədov müsabiqənin vahid qalibi olub
...
-
Azad Rəhimov Azərbaycanın 10 ölkəyə ekspert yardımı göstərməyə hazır olduğunu bildirdi
...
-
Parisdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
...
-
Azad Rəhimov Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib
...
-
Məryəm Qafar-zadə Avropa Şurasında rəhbər vəzifəyə seçilib
...