Samir Əliyev: "İstədiyimiz oyunu tuta bilmirik"

  Bölmə: Ölkə futbolu | 188 | 22:02 10-03-2018
Samir Əliyev: "İstədiyimiz oyunu tuta bilmirik"
"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XIX turunda "Sumqayıt"a evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfrabnsı keçirib. Gənc mütəxəssis öncə matçı dəyərləndirib.
 
 
- "Sumqayit”ı təbrik edirəm. Bu komandanın hədəfi var – avrokuboklara çıxmaq. Bu yolda uğurlar arzulayıram. Futbolçulardan narazı qala bilmərəm. Pis oynamadılar. Rəqibin iki qol imkanı oldu, birindən istifadə etdi. İstədiyimiz oyunu tuta bilmirik. 
 
 
- Aqşin Qurbanlını meydana buraxan vaxt başqa əvəzetmə planlaşdırmışdınız...
- Bəli. Elton Yaqublunu dəyişmək fikrimiz yox idi. Sadəcə, ayağında zədə oldu. Buna görə məcburi əvəzləmə etməli olduk.
 
- Məlumdur ki, "Səbail” 3 ildir peşəkar klub olmadığından qaydalara görə avrokuboklarda çıxış edə bilməz. Bu, futbolçuların motivasiyasına təsir göstərə biləmi?
- Yox. Əvvəl belə bir məqsəd qoyulmamışdı. Məqsədimiz təcrübə yığmaq, komandanı qurmaq, təkmilləşdirmək, formalaşdırmaqdı. Oyundan-oyuna təcrübə yığmaq, daha da yaxşı oyun oynamaq istəyirik. Nəticə vacibdir, ancaq böyük hədəflərimiz yoxdur. Hər bir rəqibə qarşı layiqli mübarizə aparacağıq. Debütant olsaq da, hər bir klub bizimlə hesablaşır. Bu gün də "Sumqayıt” belə idi. Bu, bir tərəfdən məni sevindirir ki, hər bir klub bizdən çəkinir.

Digər xəbərlər