Şəhriyar Məmmədyarovdan möhtəşəm start

  Bölmə: Digər növlər | 196 | 10:45 11-03-2018
Şəhriyar Məmmədyarovdan möhtəşəm start
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib. 
 
 Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla "İddiaçılar Turniri-2016"nın qalibi, rusiyalı Sergey Karyakinlə qarşılaşıb. Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0. 
 
Turun digər görüşləri belə nəticələnib:
 
Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0
Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.
 
İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir. 
 
2-ci turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək.

Digər xəbərlər