Mətbuat Şurasının rəhbərliyi seçildi

  Bölmə: Maqazin | 339 | 20:03 11-03-2018
Mətbuat Şurasının rəhbərliyi seçildi

Azərbaycan Jurnalistlərinin  VII Qurultayında Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.

Qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Həmçinin, şuranın üzvləri də gizli səsvermə yolu ilə müəyyən olunub.

Məlumatda bildirilib ki, iştirakçılara 232 zərf paylanıb, 229 zərf geri qaytarılıb.

Səsvermə nəticəsində  İdarə Heyətində jurnalistlər arasından 11 nəfər əsas, 2 nəfər əlavə heyətə seçilib.

Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev əsas heyətin üzvü olub. 

İctimaiyyət nümayəndələrinin tərkibinə Vüqar Səfərli, Müşviq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babayev, İlham İsmayıloğlu, Yadigar Məmmədli seçilib. 

İnternet Portallarından isə şurada Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov təmsil olunub.

Ehtiyat üzvlərə isə mediadan İlqar Hüseynov, Musa Mərcanlı, ictimaiyyətdən Nəsir Əhmədli, Çingiz Qənizadə, internet portallarından Elşad Eyvazlı və Rəfael Becanov seçilib.

Qurultayın sonunda yekun qətnamə qəbul edilib.

Qurultay başa çatıb.

Qeyd edək ki, yarandığı gündən mətbuat şurasının üzvü olan və şura ilə sıx əməkdaşlıq edən "Olimpsport"u qurultayda səsvermə hüququna malik olan təsisçi və baş redaktor Ramin Allahverdiyev təmsil edib.


Digər xəbərlər