Araz Abdullayev oynadı, komandası uduzdu - VİDEO

  Bölmə: Xarici futbol | 522 | 11:34 12-03-2018
Araz Abdullayev oynadı, komandası uduzdu - VİDEO
Kipr çempionatının XXVIII turunda "Anortosis" evdə "Apollon"la üz-üzə gəlib. 
 
 Larnakadakı "Antonis Papadopulos" stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Meydan sahiblərindən yeganə qolu 45+5-ci dəqiqədə Mixal Düriş vurub. "Apollon"dan isə 27 və 69-cu dəqiqələrdə Fotis Papulis fərqlənib. 
 
"Anortosis"də çıxış edən Azərbaycan millisinin üzvü Araz Abdullayev 48-ci dəqiqədən sonra oyunda olub. 
 
Bu nəticədən sonra "Apollon" APOEL-lə birgə 67 xalla ilk 2 yeri bölüşür. 57 xala malik "Anortosis" isə 3-cüdür. 
 


Digər xəbərlər