“Neftçi” “Atletik” və “Sampdoriya”ya rəqib oldu

  Bölmə: Ölkə futbolu | 849 | 22:34 12-03-2018
“Neftçi” “Atletik” və “Sampdoriya”ya rəqib oldu
"Neftçi”nin 12 yaşadək futbolçulardan ibarət komandası aprelin 6-dan Türkiyənin İzmir şəhərində start götürəcək "İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək. 
 
48 komandanın iştirak edəcəyi yarışda "Neftçi”nin B qrupundakı rəqibləri "Atletik” (İspaniya), "Sampdoriya” (İtaliya), "Fənərbağça” (Türkiyə), "Bucaspor” (Türkiyə) və "Brommapoykarna” (İsveç) klublarıdır.
 
Qeyd edək ki, "İzmir Cup”a aprelin 8-də yekun vurulacaq.

Digər xəbərlər