"Qəbələ" yenə xal itirdi

  Bölmə: Ölkə futbolu | 713 | 19:38 13-03-2018
"Qəbələ" yenə xal itirdi
Topaz Premyer Liqasında XX tura start verilib.
 
İlk oyun günündə bir matç baş tutub. "İnter Arena”da "Keşlə” və "Qəbələ” üz-üzə gəlib. Qarşılaşmada hesabı qonaqlar açıb. Baqali Dabo 32-ci dəqiqədə fərqlənib. Fasilədən sonra isə meydan sahiblərinin heyətində Voislav Stankoviç öz qapısını nişan alıb. Serbiyalı müdafiəçinin 59-cu dəqiqədə yol verdiyi kobud səhv həm də yekun nəticəni müəyyənləşdirib.
 
Görüş baş hakim Ömər Paşayevin kobud səhvləri ilə də yadda qalıb. Gənc FİFA referisi 65-ci dəqiqədə "Qəbələ"nin qapısına təmiz penaltini təyin etməyib, 90+2-ci dəqiqədə isə "qırmızı-qaralar"ın qaydalar çərçivəsində vurduğu qolda ofsayd qeydə alıb. 
 
Bu bərabərlikdən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. "Qəbələ” 39 xalla 2-ci, "Keşlə” isə 16 xalla 7-cı sıradadır.
 
Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. Həftəiçi "Neftçi” – "Qarabağ”, "Zirə” – "Səbail” və "Sumqayıt” – "Kəpəz” duelləri olacaq.

Digər xəbərlər