Yuri Maksimov: “Bunun təkrarlanmasını istəməzdim”

  Bölmə: Ölkə futbolu | 597 | 19:46 13-03-2018
Yuri Maksimov: “Bunun təkrarlanmasını istəməzdim”

Topaz Premyer Liqasının 20-ci turunda evdə "Qəbələ”ylə heç-heçə edən (1:1) "Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
 
-"Qəbələ” güclü komandadı. Ustalıq səviyyəsinə görə bu komandadan geri qalırıq. Bizim komanda hələ yeni formalaşıb. Bizdə istək çox idi. İstək sayəsində də bu oyundan xalla ayrıldıq.
 
- Uduzmadığınıza görə sevinirsiz, yoxsa qalib gələ bilmədiyinizə görə təəssüflənirsiz?
 
- Bu gün bizim komanda sondan ikinci yerdədi. Həm də, son iki oyunda son dəqiqədə qapımızda qol görmüşdük. Bunun təkrarlanmasını istəməzdim. Buna görə, heç-heçəni məqbul nəticə hesab edirəm.
 
- Rəqib baş məşqçi Roman Qriqorçuk hakimlikdən narazı qaldı. Siz bu barədə nə deyə bilərsiz?
 
- Bəzən olur ki, nəticə qarşı tərəfin narazılığına səbəb olur. Bizim ziyanımıza hər hansı qərar verilməyibsə, hakimlik barədə nə isə fikir bildirə bilmərəm.
 
- Oyundan sonra Vaqif Cavadova iradlarınızı bildirirdiz...
 
- İradım yox idi. Sadəcə, Məqsəd İsayevə oyun epizodu ilə bağlı narazılığımı bildirirdim. Vaqifə heç bir irad bildirmədim.
 
- Roman Qriqorçukla Ukraynada da rəqib olmusuz. Prinsipiallıq yox idi ki?
 
- Ukraynada da görüşmüşük. Prinsipiallıq yoxdu. Fərq odu ki, indi başqa çempionatda üz-üzə gəlirik.

Digər xəbərlər