AFFA Klublar Komitəsinin iclası başladı

  Bölmə: Ölkə futbolu | 57 | 12:17 15-03-2018
AFFA Klublar Komitəsinin iclası başladı
2018-ci ildə AFFA Klublar Komitəsinin ilk iclası başlayıb.
 
"Boulevard Hotel”də təşkil olunan tədbirin gündəliyinə aşağdakı məsələlər daxil edilib:
 
1. Klublar Komitəsinə yeni fəaliyyət müddəti üçün yeni sədr seçkisi
2. UEFA konversiyasının məşqçi kurslarına aid yeniliklərin tədbiq olunmasının müzakirəsi ( Aslan Kərimov və Osman Rəhimovun təqdimatı)
3. UEFA-nın Lisenziyalaşdırma prosesi çərçivəsində klubların fan klublarla yeni iş starategiyası haqqında ( Yusif Vəliyevin təqdimatı)
4. Əvəzedici komandaların I Divizionda iştirak etmələrinin mümkünlüyünün müzakirəsi
5. Azərbaycan Premyer Liqasında gələcəkdə tətbiqi üçün videotəkrarların test edilməsi (VAR sustemi, təqdimat
6. Milliləşdirilmiş futbolçuların müvəqqəti yaşama haqqında icazəsinin Miqrasiya Xidməti tərəfindən verilməməsi məsələsini müzakirə etmək və bununla bağlı AFFA-ya müraciət etmək
7. Klubların TMS menecerlərinin FİFA TMS kurslarında iştirak etməsi üçün AFFA-ya müraciət etmək
8. I Divizionda çıxış edən klubların nümayəndələrinin Klublar Komitəsində mümkün iştirakını müzakirə etmək
9. Müxtəlif yaş qrupları üzrə oyunçuların təhsilləri ilə problemlərin mövcudluğu və çıxış yollarının müzakirəsi
10. U-17 Milli komandasının Gənclər Liqasında iştirakı
11. Digər məsələlər
 
Toplantıya Azərbaycan Premyer Liqasının 8 klubunun nümayəndəkəri - Rəmiş Malıyev ("Keşlə"), Riad Rəfiyev ("Sumqayıt"), Elnur Camalxanov ("Kəpəz"), Zaur Əzizov ("Qəbələ"), Ramin Həsənov (Səbail), Kamran Quliyev ("Neftçi"), Əmrah Çəlikəl, Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") qatılıb.

Digər xəbərlər