Ufuk Budak Almaniyada

  Bölmə: Xarici futbol | 305 | 18:45 17-03-2018
Ufuk Budak Almaniyada
Türkiyənin "Samsunspor" klubunda çıxış edən futbolçu Ufuk Budak müalicə məqsədilə Almaniyaya yollanıb. 
 
 28 yaşlı müdafiəçini həkimi və fizioterapevti müayinədən keçirəcək. O, gələn həftə Samsuna qayıdaraq, məşqlərini bərpa edəcək. 
 
Qeyd edək ki, Ufuk Budak zədəli olduğu üçün Azərbaycan millisinin Belarus və Makedoniyaya qarşı yoldaşlıq görüşlərinə çağırılmamasını xahiş edib. 

Digər xəbərlər