Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi

  Bölmə: Ölkə futbolu | 381 | 18:46 17-03-2018
Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi
Martın 23-də yoldaşlıq görüşündə Belarus yığmasını qəbul edəcək Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi ilə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib. 
 
Hər iki tədbir martın 22-də olacaq. Saat 16:00-da baş məşqçi Qurban Qurbanov media önünə çıxacaq. Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. 
 
Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq. 

Digər xəbərlər