"Azərbaycanla görüş adi yoldaşlıq oyunu deyil"

  Bölmə: Ölkə futbolu | 227 | 23:14 19-03-2018
"Azərbaycanla görüş adi yoldaşlıq oyunu deyil"
"Millətlət Liqası öncəsi bizə psixoloji hazırlıq lazımdır. Finlandiya və Azərbaycan yığmalarına qarşı yoldaşlıq matçları bu baxımdan durumumuzu yaxşılaşdırmağa kömək edəcək”.
 
Bunu Makedoniya millsinin futbolçusu Enis Bardi Türkiyənin Antalya bölgəsində Finlandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə danışarkən deyib.
 
Makedoniya Futbol Federasiyasının rəsmi saytına açıqlama verən 23 yaşlı yarımmüdafiəçi bu matçların adi yoldaşlıq oyunlarından fərqləndiyini söyləyib. İspaniyanın "Levante” klubunun formasını geyinən futbolçu komandanın inkişafı üçün çalışdıqlarını vurğulayıb: "Yığmanın düşərgəsindəki təəsüratlarım müsbətdir. İlin ən vacib işi üçün buradayıq. Bu oyunlar bizi Avropa çempionatına apara bilər. İki yoldaşlıq oyununda yüksək səviyyədə olmalıyıq. Çünki bunlar adi yoxlama matçları deyillər, Millətlər Liqasına texniki və taktiki cəhətdən daha yaxşı hazırlaşmağımız üçün vacibdirlər. Komandanın inkişafı üçün əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki, Makedoniya millisi martın 23-də Finlandiya, 4 gün sonra isə Azərbaycan yığması ilə qarşılaşacaq. "Mardan” stadionunda baş tutacaq Azərbaycanla görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər xəbərlər