Elxan Məmmədov və Qurban Qurbanov yığma üzvləri ilə görüşdü

  Bölmə: Ölkə futbolu | 726 | 23:38 19-03-2018
Elxan Məmmədov və Qurban Qurbanov yığma üzvləri ilə görüşdü
AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
 
Bu gün Milli Komandaların Məşq Mərkəzində olan görüşdə Elxan Məmmədov və Qurban Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb.
 
Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.

Digər xəbərlər