Türkiyə millisində daha bir itki

  Bölmə: Xarici futbol | 74 | 13:45 20-03-2018
Türkiyə millisində daha bir itki
İrlandiya və Monteneqro yığmaları ilə yoldaşlıq görüşləri ərəfəsində futbol üzrə Türkiyə milli komandasının heyətində daha bir dəyişiklik edilib.
 
İspaniya "Selta"sında çıxış edən Emre Mor ağır qripə yoluxduğu üçün millidən kənarlaşdırılıb. Onu "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potuk əvəzləyib.
 
Daha əvvəl zədəli Oğuzhan Özyakupla Ömer Toprakın yerinə komandaya Mahmut Tekdemir və İrfan Can Kahveci dəvət olunub.
 
Qeyd edək ki, İrlandiya ilə oyun martın 23-də Antalyada, Monteneqro ilə qarşılaşma isə martın 27-də Podqoritsada keçiriləcək. 

Digər xəbərlər