"Qəbələ" və "Sumqayıt"dan əzmkar heç-heçə

  Bölmə: Ölkə futbolu | 652 | 22:10 08-04-2018
"Qəbələ" və "Sumqayıt"dan əzmkar heç-heçə
Topaz Premyer Liqasında XXII turun son oyunu keçirilib.
 
 "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib - 2:2. Hesabı 41-ci dəqiqədə "Sumqayıt"ın yarımmüdafiəçisi Rəşad Eyubov uzaqdan zərbə ilə açıb. İlk yarının sonuncu dəqiqəsində Mirabdulla Abbasov bərabərlik qolunu vurub.
 
Fasilədən sonra da tərəflər hərəyə bir dəfə fərqləniblər. 63-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərovun baş zərbəsi dəqiq olub. Lakin 79-cu dəqiqədə Cavid İmamverdiyev baxımlı qolla yekun hesabı müəyyənləşdirib.
 
Bununla da ardıcıl məğlubiyyətsiz oyunlarının sayını 10-a çatdıran "Sumqayıt" xallarını 36-ya çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 31 xalla 5-ci pillədə qalıb.
 
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə yenib. "Kəpəz" - "Keşlə" və "Zirə" - "Qəbələ" matçları isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 
 
Topaz Premyer Liqası
XXII tur
8 aprel (bazar)
 
16:30. "Zirə” – "Qəbələ” - 1:1
Qollar: Milan Duriç, 54-p - Stiven Monroz, 78
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev,  Vaqif Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu
İlk üç dövrə: 1:1, 2:1, 1:2
 
18:30. "Neftçi” – "Sumqayıt” - 2:2
Qollar: Mirabdulla Abbasov, 45. Namik Ələskərov, 63 - Rəşad Eyubov, 41. Cavid İmamverdiyev, 78 
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Bakcell Arena”
İlk üç dövrə: 0:1, 2:1, 0:2
 
Qeyd edək ki, turun ilk oyun günündə "Qarabağ" "Səbail"i yenib - 1:0. "Kəpəz" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib - 1:1. 
 

Digər xəbərlər