Cüdoçularımızdan bir günə 3 medal

  Bölmə: Olimpiya Növləri | 1617 | 02:04 15-04-2018
Cüdoçularımızdan bir günə 3 medal
Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib.
 
Yarışın ilk günündə Azərbaycan millisi 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək çempion olub. Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq) isə bürünc medala layiq görülüb.

Digər xəbərlər