Samir Abasov: "Hələ də başımıza döyürük"

  Bölmə: Ölkə futbolu | 6031 | 23:31 15-04-2018
Samir Abasov: "Hələ də başımıza döyürük"
"Həmişəki kimi "Keşlə” ilə oyun ağır keçdi. Sevindirici haldır ki, udduq. Amma hər iki hissədən narazı qaldıq. Yorğunuq, özümüzə gələ bilmirik. Xarakterin hesabına qalib gəldik. Amma bu bizi sakitləşdirmir. Son matçları həddindən artıq pis keçiririk”.
 
Bunu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIII turunda evdə "Keşlə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
 
 
40 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında sualları da cavablandırıb:
 
- Rail Məlikovu ehtiyatda saxlayıb, 4 müdafiəçi ilə oynamaq riski deyildi?
- Railin zədəsi vardı. "Qəbələ” ilə səfər matçında Vurğun Hüseynovu riskə atdıq, hələ də başımıza döyürük. Uşaq hələ özünə gələ bilmir. Bu gün "Sumqayıt”dan bir neçə oyunçu milliyə çağrılır. Milli də 4 müdafiəçi ilə oynayır. Bu gün sistemdə problemimiz yox idi. İlk hissədə küləyə qarşı oynayırıdıq, faciəvi idi. "Keşlə” ilə Azərbaycan Kubokunun cavab yarımfinal matçına görə bir az həyəcanlanır, həm də qorxuram.
 
- Qapıda Fərhad Vəliyevin əvəzinə Mehdi Cənnətovu oynatmağınız nə ilə bağlıdır?
- Oynamayan uşaqlar da oynamalıdır. Bizdə beyin yorğunluğu var. Uşaqlara istirahət lazımdır.
 
- "Sumqayıt” millinin sistemində oynamağa məcburdur?
- Bəlkə, yayda burada olmadım. Yeni gələn məşqçi baxacaq ki, bunlar 4 müdafiəçi lə oynaya bilmirlər. Futbolçular hər bir sistemdə oynamağı bacarmalıdırlar.
 
- "Keşlə”nin baş məşqçisi Yuri Maksimov kubokun cavab matçı üçün sürprizlərinin olduğunu söylədi. Bəs sizdə necə?
- Planlarım var. Amma mən Maksimov kimi ürəklə deyə bilmərəm. Bəlkə ilk matçda 1:0 udub deyə, rahat şəkildə bunu söyləyə bilir.

Digər xəbərlər