AFFA millimizə daha bir rəqib tapdı

  Bölmə: Ölkə futbolu | 1231 | 20:38 17-04-2018
AFFA millimizə daha bir rəqib tapdı
Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcək.
 
Iyunun 5-də Astana şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Qazaxıstan yığması olacaq. Bu barədə AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında razılıq əldə olunub.
 
Razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək. U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

Digər xəbərlər