“Keşlə” “Zirə”ni qəbul edir

  Bölmə: Ölkə futbolu | 2498 | 11:07 21-04-2018
“Keşlə” “Zirə”ni qəbul edir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.
 
Ilk oyun günündə bir matç baş tutacaq. Həftənin açılış qarşılaşması "İnter Arena”da "Keşlə” ilə "Zirə” arasında olacaq. 
Azərbaycan Kubokunda finala vəsiqə qazanan meydan sahibləri çempionatda da möqelərini yaxşılaşdırmaq haqda düşünürlər. Qış fasiləsindən sonra qələbə qazanmayan qonaqlar isə tilsimi qırmaq arzusundadırlar. Lakin heyətdəki itkiləri nəzərə alsaq, zirəlilərin işinin çətin olacağını qeyd etməliyik.
 
Hazırda 18 xalla 7-ci pillədə qərarlaşan "Keşlə” 35 xalla 4-cü yerdəki "Zirə” ilə əvvəlki 11 çempionat oyunundan 2-də qalib gəlib, 2-də uduzub. Yeddi qarşılaşamda isə qalib müəyyənləşməyib. Zirəlilər 7 matçdır meydanı qolsuz tərk etmir. Son 7 oyunda qonaq tərəf məğlub olmur.
 
Topaz Premyer Liqası
XXIV tur
21 aprel (şənbə)
 
16:00. "Keşlə” – "Zirə”
Bakı. "İnter Arena”
İlk üç dövrə - 1:1, 0:1, 2:1

Digər xəbərlər