Murad Məmmədov: "Hakimlər qələbəm üçün vacib olan bir xalı vermədilər" - VİDEO

  Bölmə: Güləş | 2441 | 20:17 02-05-2018
Murad Məmmədov: "Hakimlər qələbəm üçün vacib olan bir xalı vermədilər" - VİDEO
Azərbaycanlı yunan - roma güləşçisi Murad Məmmədov (60 kq) açıqlamasında bildirib ki, hakimlər rus güləşçi ilə final görüşünün nəticəsinə təsir ediblər.
 
 
«5-0 öndə idim və sonda 5-6 məğlub oldum. Əlbəttə, Avropa çempionatının debütantı üçün uğurlu nəticədi. Hakimlər xalımı versəydilər qalib də gələ bilərdim. Aydındır ki, yarış rusiyada keçirilir və yerli idmançı ilə görüşə 1-0 geridə başlamalı olursan. Razıyam ki, risk edə bilərdim, amma var gücümü sərf etsəm də alınmadı.»
 
 

Digər xəbərlər