İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib

  Bölmə: Ölkə futbolu | 3368 | 18:16 03-05-2018
İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi müəyyənləşib.
 
Mayın 11-də milli assosiasiyanın inzibati binasında baş tutacaq təbdir saat 10:00-da start götürəcək.
 
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
 
1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;
 
2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit
 
3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat
 
4. Digər məsələlər.

Digər xəbərlər