Gökdenizə Ruslan Abışovdan xatirə

  Bölmə: Maqazin | 3984 | 09:56 10-05-2018
Gökdenizə Ruslan Abışovdan xatirə
Türkiyəli futbolçu Gökdeniz Karadeniz Rusiya "Rubin"inin heyətində 300-cü oyununa çıxıb. 
 
 38 yaşlı yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın XXIX turunda "Ufa" ilə qarşılaşmaya təsadüf edib. Qolsuz yekunlaşan görüş Karadeniz üçün "Rubin"in heyətində son ev mücadiləsi olub. O, mövsümün sonunda karyerasını başa vuracaq. 
 
Görüşün ardından Gökdenizin həyat yoldaşı və övladları meydana çıxıblar. Klub təcrübəli oyunçuya xatirə hədiyyələri - 300 rəqəmli futbolka və onunla birgə çıxış etmiş 140 oyunçunun soyadından hazırlanmış portretini təqdim edib. 
 
Oyundan əvvəl isə "Rubin" Karadenizin 61 nömrəli formasını əbədiləşdirib və onu "Kazan Arena"nın divarları üzərinə qaldırıb. 
 
Qeyd edək ki, Gökdeniz Karadeniz Kazan klubunda 2008-ci ildən çıxış edir. Onunla eyni formanı geyinmiş futbolçular arasında "Neftçi"nin hazırkı kapitanı Ruslan Abışov da olub. Abışov 2013-cü ilin fevralından 2014-cü ilin iyununadək "Rubin"də yer alıb.

Digər xəbərlər