Ayxan Abbasov: "​Neftçi” ilə oyundan sonra getmək istəyirdim"

  Bölmə: Ölkə futbolu | 223 | 08:51 21-05-2018
Ayxan Abbasov: "​Neftçi” ilə oyundan sonra getmək istəyirdim"
"Sumqayıt"ı təbrik edirəm. Çempionatımıza rəng qatmışdılar, həvəsdən düşməsinlər. Çətin oyun oldu. Bırabərlik də bizi qane edirdi. Avropa Liqasəna gedə də bilərik, getməyə də”.
 
Bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının sonuncu - XXVIII turunda "Sumqayıt" üzərində 2:1 hesablı qələbəni şərh edərkən söyləyib. 37 yaşlı mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
 
-Samir Abbasovun "Sumqayıt" baş məşqçisi postundan istefa verdi. Onun yerində olsaydınız, sizin qərarınız da bu cür olardı?
- Samirin əziyyəti, uğurları da göz önündədir. Təəssüf ki, media, azarkeşlər tələsik qərar verirlər. Özüm "Neftçi” ilə oyundan sonra getmək istəyirdim. Azarkeşlərin təhqirinə dözə bilmirdim. Lakin rəhbərliklə görüşdən sonra onların bizə inandığını gördüm. Buna görə də getmək fikrimdən daşındım.
 
- Az öncə rəhbərliklə söhbətimiz oldu. Ayxan Abbasovun təkliflərinə uyğun islahatlar aparacaqlarını dedilər...
- Nəticə lazımdısa, addımlar atılmalıdır. A, B və C planları var.

Digər xəbərlər