Yunanovun yeni klubu məlum oldu

  Bölmə: Ölkə futbolu | 294 | 11:46 23-05-2018
Yunanovun yeni klubu məlum oldu
"Sumqayıt"dan ayrılan Azərbaycan millisinin futbolçusu Amil Yunanovun karyerasını davam etdirəcəyi komandanın adına böyük ölçüdə aydınlıq gəlib.  
 
25 yaşlı hücumçu ilə "Keşlə" klubu ciddi maraqlanır. Hətta tərəflər arasında ilkin razılığın əldə olunduğu da bildirilir. Rəsmi müqavilənin yaxn vaxtlarda imzalanacağı gözlənilir. 
 
Qeyd edək ki, Amil Yunanov "Sumqayıt"ın yeni müqavilə təklifini rədd edib. 

Digər xəbərlər