BBC: Salah DÇ-2018-i buraxacaq

  Bölmə: Xarici futbol | 545 | 13:50 27-05-2018
BBC: Salah DÇ-2018-i buraxacaq
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Rusiyada keçiriləcək dünya çempionatını buraxacaq. 
 
Səbəb misirli yarımmüdafiəçinin İspaniya "Real Madrid"inə 1:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının final matçında aldığı zədənin ciddiliyidir. Oyunun ilk yarısında "kral klubu"nun kapitanı Serxio Ramosla toqquşma nəticəsində Salahın çiyni çıxıb.  
 
Qeyd edək ki, iyunun 14-də start götürəcək dünya çempionatında Misir Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla birgə A qrupunda mübarizə aparacaq.  

Digər xəbərlər