Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə master-klass keçirilib-FOTO:

  Bölmə: Tovuz Gənclər Evi | 920 | 07:50 29-05-2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə master-klass keçirilib-FOTO:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkədə və dünyada silsilə tədbirlər həyata keçirilir.

Tovuz Gənclər Evi ilə birgə "Olimpsport.az"saytı da şanlı tariximizin qeyd olunması ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edir. 

Belə tədbirlərdən biri də saytın eyni adlı "Olimpsport" İdman Klubunun azyaşlı sərbəst güləşçiləri üçün təşkil olunmuş master-klass təlimi olub.

Təlimi giriş sözü ilə açan Tovuz Gənclər Evinin metodisti Ramin Allahverdiyev cümhuriyyətin 100 illiyi haqqında və dövlətimizin idman sahəsində yürütdüyü siyasətin uğurlu nəticələrindən bəhs edən nitq söyləyib. Təlim sərbəst güləş üzrə iki qat Avropa çempionu,dünya və Olimpiya mükafatçısı,milli komandamızın kapitanı Cəbrayıl Həsənov, "S" kateqoriyalı hakim Asif Şirəliyev və zorxana  güləşi üzrə idman mütəxəssisi Seyid Hadi Ərəbi tərəfindən həyata keçirilib.

Maraqlı keçən tədbirdə təlim rəhbərləri gələcəyin potensial usta güləşçilərini güləş idman növünün metodiki prinsipləri və eyni zamanda güləşin ən son yeni qaydaları ilə tanış ediblər. 

Təlimin yekununda tədbirin təşkilatçıları tərəfindən təlim rəhbərlərinə təşəkkürnamə sertifikatı təqdim olunub. Tovuz Gənclər Evinin metodisti, "Olimpsport" un rəhbəri Ramin Allahverdiyev tədbirin keçirilməsində öz dəstəyini əsirgəməyən Azərbaycan Güləş Federasiyasına dərin minnətdarlığını bildirib.

 


Digər xəbərlər