Millimiz FİFA reyinqində 21 pillə irəlilədi

  Bölmə: Ölkə futbolu | 4306 | 19:08 07-06-2018
Millimiz FİFA reyinqində 21 pillə irəlilədi
FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
 
 Azərbaycan millisi ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda 321 xala malik komanda 105-ci pillədə qərarlaşıb. İyunun 9-da Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Latviya 10 pillə irəliləyib. Bu komandanın 230 xalla 129-cu pillədədir.
 
Yığmanın Millətlər Liqasındakı rəqibləri də yüksəliş əldə ediblər. 3 pillə irəliləyən Farer adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, 1 pillə irəliləyən Malta 65 xalla 184-cü yerdədir.
 
Qeyd edək ki, siyahıya 1558 xala malik Almaniya başçılıq edir. 1431 xala malik Braziliya 2-ci, 1298 xalı olan Belçika 3-cüdür. 1 pillə geriləyən Türkiyə 706 xalla 38-ci, 4 pillə geriləyən Rusiya 457 xalla 70-ci mövqeyə enib.

Digər xəbərlər