Məhəmməd Salah: "İlk turdaca oynamağa hazıram"

  Bölmə: Xarici futbol | 1962 | 10:07 11-06-2018
Məhəmməd Salah: "İlk turdaca oynamağa hazıram"
Misir milli komandasının zədəli futbolçusu Məhəmməd Salah Rusiyadakı dünya çempionatının ilk turunda Uruqvay yığmasına qarşı oyuna hazır ola biləcək. 
 
Bu barədə İngiltərə "Liverpul"unun yarımmüdafiəçisi Qroznıda açıq məşqdən sonra bildirib. O, özümü yaxşı hiss etdiyini açıqlayıb: "Uruqvay komandası ilə matçda oynamağa köklənmişəm. Bilmirəm, komandamız hara qədər davam gətirəcək. Ancaq biz böyük ümidlərlə hazırlaşmışıq və komandamız əla əhval-ruhiyyədədir. Dünya çempionatına 28 ildən sonra yüksək hazırlıq səviyyəsində qatılmışıq".
 
Qeyd edək ki, Misir yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə A qrupunda mübarizə aparacaq.

Digər xəbərlər