Tanınmış jurnalist dünyasını dəyişdi

  Bölmə: Maqazin | 388 | 02:36 14-06-2018
Tanınmış jurnalist dünyasını dəyişdi

"Olimpsport" jurnalının əməkdaşı, tanınmış jurnalist, publisist Akif Şahverdiyev 59 yaşında vəfat edib. 1959-cu il təvəllüdlü Akif Şahverdiyev İmişli rayonunda fəhlə ailəsində anadan olub. O, 11 fevral 1991-ci il 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb. 26 oktyabr 1991-ci il Azərbaycan Respublikası Sumqayıt şəhər “Dədə Qorqud” Ağsaqqallar Cəmiyətinin üzvü olmuşdur. Sentyabr 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub. 15 sentyabr 1992-ci ildən 9 iyun 1993-cü ilədək Milli Məclisin iclaslarında parlament müxbiri kimi iştirak etmişdir. 13 sentyabr 1994-cü il Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin Keşiyində” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. 4 yanvar 1996-cı il Müdafiə Nazirinin əmri ilə “Azərbaycan Ordusu” qəzetinin baş redaktor müavini vəzifəsinə təyin olunub.31 may 1999-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun dissertantı olub. May 2004-cü il “Vüsala doğru” (Povestlər, hekayələr, şerlər ) kitabı çap olunmuşdur. 159 publisistik, 106 Hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda çap olunmuş məqalələri var.

Qeyd edək ki, Akif Şahverdiyev yunan-Roma güləşi üzrə son Avropa çempionatının qalibi(55 kq) Eldəniz Əzizlinin qaynatasıdır.

Mərhum bu gün Bakı şəhərində son mənzilə yola salınacaq. Allah rəhmət eləsin!


Digər xəbərlər