"Neftçi"dən növbəti rəsmi müqavilə

  Bölmə: Ölkə futbolu | 2997 | 18:34 17-06-2018
"Neftçi"dən növbəti rəsmi müqavilə
"Neftçi” klubu daha bir futbolçu ilə müqavilə müddətini artırıb.
 
 Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək. 26 yaşlı oyunçu "ağ-qaralar"a ötən mövsümün əvvəllərində cəlb olunub. O, 27 oyunda 2 qola imza atıb.
 
Qeyd edək ki, "Neftçi" daha əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqaviləni yeniləyib.

Digər xəbərlər