Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşdi - FOTO

  Bölmə: Ölkə futbolu | 5371 | 09:15 18-06-2018
Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşdi - FOTO

"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşib. Bu vəzifəni Rəşad Abdullayev yerinə yetirəcək.

 

2009-2012-ci illərdə "Neftçi”də çıxış etmiş Abdullayev "Xəzər Universiteti”, "Xəzər Lənkəran”, "Qəbələ”, "Rəvan”, AZAL və "Zirə” klublarında da oynayıb. Azərbaycan milli komandasının heyətində 10 oyunda meydana çıxıb.

 

36 yaşlı Abdullayev futbolçu karyerasını başa vurandan sonra "Neftçi”nin U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.


Digər xəbərlər