Braliç "Neftçi"nin futbolçusu olmağını böyük şans sayır: "Fərq etmir ki, çempionatda neçə komanda var"

  Bölmə: Ölkə futbolu | 684 | 20:38 18-06-2018
Braliç "Neftçi"nin futbolçusu olmağını böyük şans sayır: "Fərq etmir ki, çempionatda neçə komanda var"

"Neftçi" böyük klubdu. Burda olmaq mənim üçün böyük bir şansdı. Əlimdən gələni edəcəm ki, bundan maksimum yararlanım və uğur əldə edim". Bunu "Neftçi"nin yeni transferi Slavko Braliç komandanın açıq məşqi zamanı  iştirak etdiyi brifinqdə deyib.

 

26 yaşlı müdafiəçi hazırkı seçimini Bakı klubunun böyük planlarının olması ilə əlaqələndirib: "Rəhbərliklə də danışdım. Düşündüm ki, mənim üçün çox çox münasib təklifdi. Ona görə də "Neftçi"ni seçdim". 

 

Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubundan Braliç Topaz Premyer Liqasında komanda sayının azlığının onun üçün fərq etmədiyini söyləyib: "Fərq etmir ki, çempionatda nə qədər komanda var.  Əlimizdən gələni edəcəyik ki, hər oyunda qələbə qazanaq. Bu, həm komandamız, həm də mənim üçün üçün çox böyük uğur olacaq". 


Digər xəbərlər