Dabo seçim səbəbini açıqladı: “Fikirlərimiz üst-üstə düşmədi”

  Bölmə: Ölkə futbolu | 3747 | 20:41 18-06-2018
Dabo seçim səbəbini açıqladı: “Fikirlərimiz üst-üstə düşmədi”

Son 2 mövsümü “Qəbələ”nin uğurları üçün çalışmış, dünən isə gözlənilmədən “Neftçi”ylə 2 illik müqaviləyə imza atmış Baqali Dabo bu gün “ağ-qaralar”ın açıq məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb.

 

-    Düşünürəm ki, “Neftçi”yə gəlişim mənim üçün əlamətdardı. Çünki “Neftçi” böyük bir layihə hazırlayıb. Sevindiricidi ki, mən də bu layihənin bir parçasıyam. Düşünürəm ki, hamı bu layihə ətrafında birləşdiyindən işimiz uğurlu alınacaq.

 

-    Necə oldu ki, son anda qərarını dəyişərək “Qəbələ”dən imtina edib “Neftçi”ni seçdin?
-    Doğrudu, əvvəlcə razılaşmışdıq. Ancaq sonradan müəyyən şərtlər oldu ki, fikirlərimiz üst-üstə düşmədi. Bundan sonra menecerimlə danışdım və qərara aldıq ki, “Neftçi”yə üstünlük verək.

 

-    “Neftçi” layihəsi barədə ağızdolusu danışdın. Bu komandanın “Qəbələ” layihəsindən hansı üstünlüyünü qeyd edə bilərdin?
-    Mövsümün sonunda “Neftçi” olduqca uğurlu qrafik cızdı. Komanda baxımlı futbol oynamağa başlamışdı. Mövsümün gedişatında eniş yaşamasaydı, bəlkə də finişə 2-ci çata bilərdi. “Qəbələ”də çempionluq yaşaya bilmədik. Çalışacam ki, “Neftçi”yə qızıl medala sahib çıxaq.
 


Digər xəbərlər