UEFA "Qarabağ"ın ÇL-də ilk oyununun vaxtını dəyişdirdi

  Bölmə: Ölkə futbolu | 360 | 16:17 20-06-2018
UEFA "Qarabağ"ın ÇL-də ilk oyununun vaxtını dəyişdirdi

UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində “Qarabağ” və “Olimpiya” (Sloveniya) arasında keçiriləcək oyunların vaxtını dəyişdirib. "Qarabağ"ın baş meneceri Asif Əsgərovun verdiyi məlumata görə, Lüblyanada keçiriləcək ilk görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 11-də yox, 10-da olacaq. Bakıda keçiriləcək cavab matçının da əvvəlcə nəzərdə tutulduğundan bir gün tez - iyulun 17-də olacağı gözlənilir.


UEFA Sloveniya klublarının Avroliqa oyunlarının üst-üstə düşmə ehtimalını nəzərə alaraq, ÇL-in bəzi oyunlarının tarixində dəyişiklik edib (qol.az). 


Digər xəbərlər