“Neftçi” üçün “Sevilya”

  Bölmə: Ölkə futbolu | 353 | 20:52 20-06-2018
“Neftçi” üçün “Sevilya”

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib. Püşk nəticəsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də Avroliqanın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.


Beləliklə, “Qəbələ” “Proqres” (Lüksemburq) səddini keçsə, 2-ci mərhələdə “Honved” (Macarıstan) – “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşmalı olacaq. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməlidi.


“Neftçi” “Uypeşt”i (Macarıstan) mübarizədən kənarlaşdıracağı halda növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab matçı Bakıda baş tutacaq.


Azərbaycan kubokunun qalibi “Keşlə”ni isə “Baltsan”ı (Malta) keçəcəyi halda “Milsami” (Moldova) – “Slovan” (Bratislava, Slovakiya) mübarizə gözləyəcək. Təmsilçimiz yenə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.


Bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları isə avqustun 2-də keçiriləcək.


Digər xəbərlər