Baqali Dabo: "Uypeşt"i yox, daha çox özümüzü fikirləşməliyik"

  Bölmə: Ölkə futbolu | 543 | 15:39 21-06-2018
Baqali Dabo: "Uypeşt"i yox, daha çox özümüzü fikirləşməliyik"

"Neftçi"nin hücumcusu Baqali Dabo klubun rəsmi saytına Avropa Liqasının püşkünü dəyərləndirib. Yeni transfer klubun rəsmi saytına açıqlamasında "Uypeşt"i düzgün qiymətləndirməyə çağırıb: "Rəqibin kim olduğundan asılı olmayaraq, oyuna tam olaraq köklənmək lazımdı. Avropa Liqası kimi turnirlərdə hər bir komanda sürpriz edə bilər. Hər bir komandanın şansı var. "Uypeşt” Macarıstan çempionatından Avropa Liqasına vəsiqə qazanmış bir komandadı, bu artıq bir göstəricidi. Amma daha çox özümüzü fikirləşməliyik”.
 

Yeni oyunçuların "Neftçi”yə gəlməsini qeyd edən fransalı hücumçu, onların komandaya tez bir zamanda uyğunlaşmasının vacibliyindən danışıb: "Bir neçə yeni oyunçumuz var ki, onlardan biri mənəm. Komandaya tez bir zamanda uyğunlaşmalıyıq, bir-birimizi yaxşı başa düşməliyik ki, Avropa Liqasında uğurlu çıxış edə bilək”. 
 

"Neftçi”yə bu yaxınlarda qoşulan forvard, özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib: "Burada olduğuma görə razıyam. Növbəti mövsümə bütün komanda kimi mən də ciddi hazırlaşıram”.


Digər xəbərlər