Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

  Bölmə: Xarici futbol | 388 | 15:45 21-06-2018
Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

İngiltərənin “Liverpul” klubu ilə müqaviləsinin müddəti başa çatan Əmrə Canın karyerasını “Yuventus”da davam etdirəcəyi barədə aylardı davam edən ehtimallar nəhayət ki, özünü doğruldub.  Əmrə müqavilə bağlamaq üçün artıq Turinə gəlib. 
 

Onun Turin hava limanında çəkilmiş şəklini “Yuventus”un “tvitter” səhifəsi “Əmrə Turinə endi” şərhi ilə yayıb.


Əmrə Can “Yuventus”a havayı başa gələcək. Onun “Liverpul”la müqaviləsi iyunun 30-da başa çatır.


O, İngiltərə klubunda 4 mövsüm keçirib. Almaniya yığmasının türk əsilli futbolçusu İngiltərə Premyer Liqasının son mövsümündə 26 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər