“Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

  Bölmə: Ölkə futbolu | 357 | 18:47 21-06-2018
“Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

“Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Andrea Mezzu komandanın durumundan danışıb. Italiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 

"Hal hazırda mənim tərəfimdən komanda üzvlərinin qiymətləndirməsi gedir. Amma indidən deyə bilərəm ki, hər kəsin ağır məşqləri üçün yaxşı bazaları var. Ona görə də gündən günə məşqlərin intensivliyini artırıram. Komandanın ümumi fiziki vəziyyəti bir neçə gündən sonra tam bilinəcək”.
 


Digər xəbərlər