“Qarabağ” italyan qolkiper transfer edir

  Bölmə: Ölkə futbolu | 326 | 09:52 22-06-2018
“Qarabağ” italyan qolkiper transfer edir

“Qarabağ”ın alacağı yeni qapıçı müəyyənləşib.  Ağdam klubu vaxtilə “Yuventus”a da cəlb olunmuş Vinçentso Fiorillonu rənglərinə qatacaq.

 

28 yaşlı əlcək sahibi 2014-cü ildən etibarən “Peskara”nın şərəfini qoruyub və bu müddət kəsiyində 102 dəfə meydana çıxıb.

 

Əlavə edək ki, 191 sm boya malik Fiorillo aşağı yaş qrupları üzrə İtaliyanın bütün milli komandalarının şərəfini qoruyub.


Digər xəbərlər