“Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

  Bölmə: Ölkə futbolu | 435 | 10:02 22-06-2018
“Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

Avstriyaya yollanan “Qarabağ” bu gündən etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Günün ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb.

Futbolçular fitnes zalında yüngül hərəkətlərdən sonra meydançada hazırlıqları davam etdirib. İki qrup halında məşq edən futbolçular daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq təxminən 1 saat 40 dəqiqə davam edib. 


Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) başlayacaq.


Digər xəbərlər