"Qarabağ" heç-heçə ilə başladı

  Bölmə: Ölkə futbolu | 2358 | 09:59 24-06-2018
"Qarabağ" heç-heçə ilə başladı
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu  ilk yoxlama matçına çıxıb. 
 
Rəqib Bolqarıstan "Ludoqorets"i olub. Kössen qəsəbəsində keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 36-cı dəqiqədə Qara Qarayevin mərkəzdə yol verdiyi kobud səhvdən sonra "Ludoqorets"in futbolçusu Yakub Svierçok açıb. 53-cü dəqiqədə isə Dani Kintana bərabərlik qolunu vurub. Bununla da "Qarabağ" Avstriya toplanışına heç-heçə ilə başlayıb. 
 
Qeyd edək ki, "Luqoqorets" son 7 mövsümdə Bolqarıstan çempionu olub. Razqrad şəhəri təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali İrlandiyanın "Kruzaders" komandası ilə üz-üzə gələcək. Ötən il "Ludoqorets" yay toplanışı zamanı "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib. 
 
Yoxlama oyunu
19:30. "Qarabağ" - "Ludoqorets" - 1:1
Qollar: Dani Kintana, 53 - Yakub Şvierçok, 36
Mərkəzdə Qara Qarayevin kobud səhvindən sonra topu ələ keçirən Yakub Şvierçok təkbətəkdən hesabı açıb. 
"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 52. Yakub Jezniçak, 30. Abbas Hüseynov, 77. Donald Gerrye, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 8. Miçel, 91. Coşqun Diniyev, 99. Dani Kintana, 11. Mahir Mədətov
 

 

 

Digər xəbərlər