"Qarabağ"da ciddi itki

  Bölmə: Ölkə futbolu | 388 | 00:38 19-07-2018
"Qarabağ"da ciddi itki

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə matçda heyətlə bağlı ciddi itkiylə üzləşib. Komandanın aparıcı futbolçularından olan Dani Kintana ilk hissənin sonuna yaxın əvəzlənməyini istəyib.

 

İspan yarımmüdafiəçi əliylə əvəzlənməyinə işarə edib. Onun arxa əzələsinin dartdığı güman olur.

 

Baş məşqçi Qurban Qurbanov Danini matçın 42-ci dəqiqəsində Filip Ozobiçlə əvəzləyib. Xorvat yarımmüdafiəçi Kintananın mövqeyində - sağ vinger kimi çıxış edib.

 

Maraqlıdı ki, Filip meydana girər-girməz ona da xəsarət yetirlib, hətta həkimlər meydana daxil olub. Ancaq Ozobiç tezliklə oyuna qayıdıb. 


Digər xəbərlər