“Neftçi” də mübarizəni erkən dayandırdı

  Bölmə: Ölkə futbolu | 419 | 10:44 20-07-2018
“Neftçi” də mübarizəni erkən dayandırdı

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.  Azərbaycanı bu turnirdə təmsil edən “Neftçi” də növbəti matçına çıxıb.

Macarıstanın “Uypeşt” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi Bakıda keçirilmiş ilk oyunda 3:1 hesabıyla qalib gəlmişdi. Paytaxt klubu səfərdə baş tutan cavab görüşündə üstünlüyünü qoruyaraq növbəti mərhələyə vəsiqəni təmin etməyi hədəfləmişdi. Amma heç kimin gözləmədiyi halda Budapeştdə 4 cavabsız qolla uduzan Roberto Bordinin yetirmələri də "Keşlə" və "Qəbələ"nin ardından Avroliqadakı mübarizəni erkən dayandırmalı olub.


Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə mübarizə aparacaq.


Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu

19 iyul


Uypeşt - Neftçi 4:0
Qollar: R.Litauski, 19. B.Sankoviç, 21. D.Joter, 50. O.Nvobodo, 65.
İlk oyun: 1:3
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, Vasilius Kampuris, Angelos Evangelos (hamısı Yunanıstan).
Budapeşt. "Ferens Susa” stadionu.


Uypeşt: 1. Filip Payoviç, 5. Robert Litauski (k), 6. Obinna Nvobodo, 10. Donat Joter, 14. Alassane Diallo, 18. Boyan Sankoviç, 19. Miyuşko Boyoviç, 26. Daniel Naqi, 49. Branko Pauleviç, 68. Cenan Burekoviç, 86. Şomo Novotnı.
Ehtiyat oyunçular: 35. Bentse Gundel-Tokaç, 2. Kriştof Şuç, 8. Benyamin Çeke, 9. Patrik Tişler, 21. Benyamon Bolaj, 27. Bentse Pavkoviç, 99. Viktor Angelov.
Baş məşqçi: Neboyşa Viqnyeviç.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 9. Baqali Dabo, 10. Dario Frederiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 28. Slavko Braliç, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 4. Rəşad Eyubov, 8. Emin Mahmudov, 11. Kvame Karikari, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 77. Elvin Sərkərov.
Baş məşqçi: Roberto Bordin.


Digər xəbərlər