Əliyar Ağayev ÇL-də

  Bölmə: Maqazin | 1302 | 23:13 27-07-2018
Əliyar Ağayev ÇL-də

FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq. Dünən Avropa Liqasının II təsnifat mərhələsinin “Kayrat” – “Alkmaar” görüşünü idarə edən ədalət təmsilçisi bu dəıfə ÇL-in III təsnifat mərhələsində fit çalacaq.

 

O, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə  ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


Digər xəbərlər