Azərbaycan Kubokunda format dəyişikliyi

  Bölmə: Ölkə futbolu | 1420 | 10:01 01-08-2018
Azərbaycan Kubokunda format dəyişikliyi

Azərbaycan Kubokunda növbəti mövsümünün formatında dəyişiklik baş verib. Yeni mövsümdə turnir 1/16 deyil, 1/8 final mərhələsindən başlayacaq.

 

Belə ki, 1/16 final ləğv olunduğundan komandalar birbaşa 1/8 finaldan mübarizəyə start götürəcək. Format dəyişikliyi I Divizion klublarının  sayının azaldılması ilə bağlıdı. Məlumdu ki, bu liqada yarış əvəzediciclərin çempionatı ilə birləşdirilib və 4-6 I Divizion təmsilçisi olacaq. 

 

Ölkə kubokunun 1/8 finalında qalib 1 oyunla müəyyənləşdiriləcək. 1/4 finaldan isə cütün taleyi 2 matçın yekununa əsasən müəyyənləşəcək. Final matçı mayın 19-da keçiriləcək.


Digər xəbərlər