Litva yığmasının üzvü “Keşlə”də

  Bölmə: Ölkə futbolu | 2427 | 13:04 18-08-2018
Litva yığmasının üzvü “Keşlə”də

“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt klubu litvalı futbolçu Edvinas Girdvainisi transfer edib. Onunla klub rəhbərliyi arasında 1 illik müqavilə imzalanıb.

 

25 yaşlı müdafiəçi geridə qalan mövsümü icarə əsasında Rusiyanın “Tom” klubunda keçirib. O, ölkəsinin “Ekranas”, İspaniyanın “Marbella”, Polşanın “Piast” klublarında da forma geyinib.

 

Edvinas Litva yığmasında da 10 oyun keçirib.


Digər xəbərlər