“Şerif” yoxsa “Qarabağ”? Mən “Neftçi”yə azarkeşlik edirəm” - Bordin

  Bölmə: Ölkə futbolu | 2211 | 17:17 20-08-2018
“Şerif” yoxsa “Qarabağ”? Mən “Neftçi”yə azarkeşlik edirəm” - Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının IV raundunda “Qarabağ” – “Şerif” cütlüyü ilə bağlı fikirlərini bölüşüb. Ötən mövsümün sonunadək Moldova təmsilçisinin “sükanı arxası”nda dayanmış italiyalı mütəxəssis qapalı da olsa, “Şerif”ə azarkeşlik edəcəyini bildirib: “Kimə azarkeşlik edəcəm? Mən “Neftçi”yə azarkeşlik edirəm. Bəli, “Şerif”də işləmişəm və istəyirəm ki, bu komanda qələbələr qazansın. Ancaq cütlüyün taleyi ilə bağlı heç bir proqnoz verməyəcəm”.

 

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının III təsnifat raundunda “Qarabağ” Roberto Bordinli “Şerif” səddini aşmağı bacarmışdı.


Digər xəbərlər