Qurban Qurbanovdan bəd mesaj: "Miçel 15 gün olmayacaq"

Topaz Premyer Liqasının III turu çərçivəsində “Neftçi”ylə evdə 1:1-lik bərabərliyə imza atan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Meydan sahiblərinin çalışdırıcısı əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Zənnimcə, məzmunlu futbol izlədiniz. Hər komanda bol qol şansı yaxaladı. Məncə, azarkeşlər də oyundan razı qaldı.
- Fasiləyədək “Neftçi” pressinq etdi, lakin ikinci hissədə müdafiəyə çəkildi. Bu, işinizə nə dərəcədə yaradı?
- 90 dəqiqə pressinq etmək mümkün deyil. Bəlkə də hesab onları müdafiəyə çəkilməyə vadar etdi. Amma biz də ikinci 45 dəqiqədə təzyiqi artırdıq, fəallaşdıq.
- Miçel və Zubirin zədələri nə yerdədi?
- Miçel azı 15 gün buraxacaq. Zubiri isə qoruduq. Çiynində zədə var. Meydana buraxmaq bir qədər riskli idi.
- Adətən hisslərinizi gizlədirsiniz. Ancaq bu gün yaman emosional idiniz. Bu, son zamanlar komandanın üzərindəki təzyiqdən qaynaqlanır?
- Açığı, ən az həyəcan oyunlar zamanı olur. Ola bilər, bu gün daha aktiv idim. Düzdü, bir neçə dəfə zonamı tərk etmişdim. Ancaq bu, normal haldı.
- Bu gün Ozobiç “Qarabağ”da ən yaxşı oyununu keçirdi. Onu pleymeker kimi yenə oynadacaqsınızmı?
- Olacaq. Ancaq oyundan oyuna fərq var. Düşünürəm ki, bu gün tapşırıqları yerinə yetirə bildi.
-
Azərbaycan Premyer Liqası: "Neftçi" 1 günlük fasilədən sonra yenidən liderliyə yüksəlib
...
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" liderliyə yüksəlib
...
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" xallarını "Neftçi" ilə bərabərləşdirdi
...
-
Azərbaycan Premyer Liqası: "Neftçi" vahid liderliyini qoruyub
...
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" ardıcıl olaraq yenə xal itirib
...
-
Namiq Ələsgərov Türkiyə Super liqasında iştirak edə bilər
...
-
AFFA-nın VAR sistemi ilə bağlı videokonfrans formatında FIFA ilə görüşü olub
...
-
E.Məmmədov: "Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir"
...
-
Azərbaycan Premyer Liqası: "Zirə" doğma meydanda xal itirib
...
-
Azərbaycan Premyer Liqası: "Neftçi" 8 nəfərlə "Qarabağ" a qalib gəlib
...