UEFA-dan klublar üçün daha bir turnir

  Bölmə: Xarici futbol | 3496 | 15:48 31-08-2018
UEFA-dan klublar üçün daha bir turnir

Avqustun 30-da Çempionlar Liqasının püşkatma mərasimindən əvvəl UEFA məmurları yeni turnirlə bağlı müzakirələr aparıblar. UEFA 2021/22 mövsümündən başlayaraq avrokuboklarda 3-cü turnirə start verməyi planlaşdırır. Hələlik yeni turnirin adı bəlli deyil.

 

UEFA bununla bağlı marketinq danışqları aparır. Ancaq o məlumdur ki, yeni turnirdə 32 komanda iştirak edəcək. Çempionlar Liqasında komanda sayı dəyişməyəcək, Avroliqada isə say 48-dən 32-yə endiriləcək.

 

UEFA-da hesab edirlər ki, yeni turnir kiçik ölkələrdə futbolun inkişafına təkan verəcək.


Digər xəbərlər